Kateqoriyasız

“Qarabağ” şokda: Reynaldo sıradan çıxdı

“Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvü Reynaldo “Bakı” ilə matçda zədələnib. Braziliyalı futbolçunun diz qapaqlarında oynama olduğunu və ilkin diaqnoza görə onun 7-10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirilib. 

Reynaldonun AZAL-la oyunu buraxacağı dəqiqləşsə də, onun Avropa Liqasının qrup mərhələsinin V turunda “Sent Etyen”lə oyunda meydana çıxıb-çıxmayacağı yaxın 1-2 gün ərzində bəlli olacaq. 

Qeyd edək ki, “Sent-Etyen”- “Qarabağ” oyunu noyabrın 27-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43