Ölkə futbolu

“Qarabağ” son 16 mövsümün ən yaxşı göstəricisinə imza atdı

“Qarabağ” klubu cari mövsümdə Azərbaycan Kubokunda 19 qola imza atıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.

Ağdam təmsilçisi 2007/2008 mövsümündə də bu qədər qol vurub. Sadəcə, həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43