Premyer Liqa

“Qarabağ” son dəqiqədə 3 xalı qazandı, “Qəbələ”dən əzmkar qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları məhz bugün baş tutacaq.

Günün ilk matçı Şüvəlanda baş tutacaq. Burada AZAL "İnter"i qonaq edəcək. Bundan sonra Zaqatalada "Simurq" "Sumqayıt"ı, Qəbələdə yelri "Qəbələ" klubu "Xəzər Lənkəran"ı sınağa çəkəcək.

Turun mərkəzi qarşılaşması isə "Bakcell Arena"da olacaq. Burada son çempion "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Paytaxt klubu qalib gələcəyi halda çempionluq yarışına davam edəcək, əks təqdirdə Ağdam klubu bu yolda bir rəqibini də sıradna çıxartmış olacaq.

19 fevral (cümə axşamı)

Azərbaycan Premyer Liqa, XXIII tur

19:00. “Neftçi” – “Qarabağ” 0:1

Qol: Reynaldo, 89 (0:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev

“Bakcell Arena”

15:00. AZAL – “İnter” 1:1

Qollar: Freddi Mombonqo, 1 (1:0), Junior Nildo, 18 (1:1) 
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev

“AZAL Arena”

17:00. “Qəbələ” – “Xəzər Lənkəran” 3:1

Qol: Sadio Tounkara, 34 (0:1)  Ekiqo Eiosun, 48 (1:1)  Ruslan Abışov, 77 (2:1), Ürfan Abbasov, 90+3 (3:1) 
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev

Qəbələ şəhər stadionu

17:00. “Simurq” – “Sumqayıt” 1:1

Qollar:Məhəmməd Qurbanov, 38 (0:1), Draqan Çeran, 46+1 (1:1)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov

Zaqatala şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43