Ölkə futbolu

“Qarabağ” “Spartak”la qarşılaşacaq

Qış fasiləsini Türkiyədə keçirəcək olan “Qarabağ”ın yoldaşlıq oyununda qarşılaşacağı bəzi rəqiblərin adlarına aydınlıq gəlib.

Ağdam klubu Qazaxıstanın “Spartak”ı ilə yanvarın 23-də qarşılaşacaq. Bundan 4 gün əvvəl isə təmsilçimiz Buxarest “Dinamo”su ilə üz-üzə gələcək. Qurban Qurbanov yetirmələrini yanvarın 22-si və 25-də daha iki oyunda sınayacaq. Ancaq həmin günlər baş tutacaq yoxlama oyunlarındakı rəqiblər hələ bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43