Dünya futbolu

“Qarabağ” Lissabondan “əliboş” qayıdır

Avrolqanın qup mərhələsinin ilk oyunları keçiriləcək.

Təmsilçimiz “Qarabağ” ilk oyununa çıxacaq. Ağdam təmsilçisi səfərdə “Sportinq”in qonağı olub. Ev sahibi komanda qarşılaşmanın ikinci hissəsindəki vurduğu qollarla oyundan qalib ayrılıb. Əvvəlcə 54-cü dəqiqədə Rafinya komandasını hesabda önə keçirib. 88-ci dəqiqədə isə Kabral fərqi artıraraq komandasına 2:0 hesablı qələbə qazandırıb.

20 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, I tur

23:00. “Sportinq” – “Qarabağ” 2:0

QOL: Rafinya, 54, Kabral, 88

Hakimlər: Fransua Leteksiye, Siril Münyö, Mehdi Rahmuni, Bertran Juanno, Frank Şnayder və Kərim Abed (hamısı Fransa)
Lissabon “Joze Alvalade” stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43