21 Sentyabr 2020
Kateqoriyasız

“Qarabağ” “Ştutqart”dan futbolçu transfer edir – razılıq əldə olundu

“Neftçi”nin sabiq müdafiəçisi Ailton Silva karyerasını “Qarabağ”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı braziliyalı sol cinah müdafiəçisi “Qarabağ”da oynamağa razılıq verib. Hazırda isə danışıqlar futbolçunun müqavilə ilə məxsus olduğu Almaniyanın “Ştutqart” klubu ilə davam etdirilir. Almanlarla da razılıq əldə edilsə, o zaman Ailton yaxın vaxtlarda “Qarabağ”la müqavilə imzalayacaq.

Qeyd edək ki, “Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib. (qol.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“AzxeberSport” fəaliyyətə başladı

admin

Ailton imicini dəyişdi – Fotolar

admin

“Etopaz”da günün canlı oyunları

admin