Ölkə futbolu

“Qarabağ” – “Styaua” matçı canlı yayımda

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Rumıniyanın “Styaua” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, saat 18:30-da start götürəcək matç Ağdam klubunun “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, “Qarabağ” ilk yoxlama görüşündə Albaniyanın “Skenderbeu” klubunu 1:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, “Qarabağ” – “Styaua” matçı saytımız vasitəsilə də canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43