Ölkə futbolu

“Qarabağ” – “Sumqayıt”: Biletlər satışa çıxır

Azərbaycan Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün – oyun günü saat 11:00-dan etibarən “iticket.az”da satışa çıxarılacaq.

İdmanxeber.az məlumat verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər “iticket.az”da onlayn, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Bu gün keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43