Ölkə futbolu

“Qarabağ” “Sumqayıt” oyununun hazırlıqlarını davam etdirir

TPL-nın IV turunda “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” Azərbaycan Premyer Liqasının IV turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Komanda bu gün baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında növbəti məşqinə çıxıb. Milli komandalarda olan əksər futbolçularımız məşqdə iştirak etməyib. Zədəli futbolçularımız Dani Kintana və Miçel fərdi məşqlərini davam etdirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43