Ölkə futbolu

“Qarabağ” “Sumqayıt” üçün

`Qarabağ` `Sumqayıt` üçün yığışır. Premyerliqanın  XXVI turunun qarşılaşması üçün komanda bugün tam heyətlə məşqlərə başlayır. Komandanın baş məşqçisi  Qurban Qurbanov  ölkə kubokunun ¼ final mərhələsində `Bakı`yla qarşılaşmadan sonra komandaya 1 günlük istirahət vermişdi. Bugündən isə komanda sumqayıtlılarla görüşə hazırlaşacaq.

Bugünə komandanın 1 məşqi nəzərdə tutulub. Komanda 16:30-da günün yeganə çalışmasına çıxacaq.  Martın 18-də, Sumqayıtda baş tuatacaq qarşılaşmanın başlama saatı da müəyyənləşib. `Kapital-Arena`dakı görüş 16:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43