Ölkə futbolu

“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Son oyun günündə 2 matç keçirilib. “Zirə” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Bağlanış matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib. 4:1 hesabı ilə qələbə qazanan Ağdam klubu zirvədə möhkəmlənib. Hazırda “atlılar” ən yaxın izləyiciyi “Neftçi”ni 3 xal qabaqlayır.

Azərbaycan Premyer Liqası
XXII tur

“Zirə” – “Keşlə” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

“Zirə”: 1. Mateus Albino, 4. Elvin Camalov. 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 11. Klesio Bauk. 12. Lazar Corceviç, 29. Musa Qurbanlı
Baş məşqçi: Rəşad Sadıqov

“Keşlə”: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 11. Silvio Rodriqes. 91. Sadio Tonkara
9. Anatole Abanq, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev. 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov

“Qarabağ” –“ Sumqayıt” – 4:1
Qollar: Abdullah Zubir, 45+1, 71, Cəmaləddin Xocaniyazov, 46 (öz qapısına), Filip Ozobiç, 78 – Əli Qurbani, 60

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”, 19:15

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 9. Xayme Romero, 8. Uroş Matiç, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43