Kateqoriyasız

“Qarabağ”ı durduran tapılmır

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

Turnir cədvəlinin vahid lideri “Qarabağ” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb – 2:0.

Qeyd edək ki, turun digər oyunları 28-29 sentyabr tarixlərində olacaq.

27 sentyabr (cümə)

19:00. “Qarabağ” – “Sumqayıt” 2:0

Qollar: Dani, 45+2, Mahir Emreli, 90

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

28 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu

29 sentyabr (bazar)

17:30. “Sabah” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
“Bank Respublika Arena”

19:45. “Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
“ASCO Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43