Azərbaycan Premyer Liqasında XXIV turun son iki oyunu bu gün keçiriləcək.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsiylə başa çatıb – 0:3. “Zirə” xalını 35-ə yüksəldərək 4-cü yerə yüksəlib. Naxçıvan təmsilçisi isə 31 xalla 8-ci yeri tutur.
Turun mərkəzi qarşılaşmasında “Qarabağ” və “Sumqayıt” qarşılaşıb. “Köhlən atlar” görüşü qələbəylə başa vurub – 2:0. “Qarabağ” 54 xalla turnir cədvəlinə başçılıq edir. “Sumqayıt” isə 36 xalla 3-cü yerdədir.
24 fevral (şənbə)
16:30 “Araz-Naxçıvan” – “Zirə” 0:3
Qollar: Vanderson Melo, 20 a/q, Rəhim Sadıxov, 75, Rafael Utziq, 77
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Dalğa Arena”
19:00 “Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Adama Diakabi, 52, Yassin Benzia 83
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu