Ölkə futbolu

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi – (YENİLƏNİB)

Bu gün Topaz Premyer Liqasında dördüncü tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış qarşılaşmasında  “Qarabağ”  “Sumqayıt”ı qəbul edib. “Azersun Arena”da oynanılan matçda ev sahibi komanda minimal hesabla qələbə qazanıb 1-0. Ozobiçin 21-ci dəqiqədə penaltidən vurduğu qol oyunda həlledici olub.

Topaz Premyer Liqası

IV tur

14 sentyabr (cümə)

20:00. “Qarabağ” – “Sumqayıt” 1:0

QOL: 21, Ozobiç pen.

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43