20 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” susmayacaq!: Ağdam klubu UEFA-nın qapısını döyür

“Qarabağ” “İnter”lə matçda son saniyələrdə vurulan haqlı qolu qeydə almayan çexiyalı baş hakim Mioslav Zelinka və onun briqadasından UEFA-ya şikayət etməyə hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi quruma ünvanlayacağı şikayət əsasən heç bir qayda pozuntusu olmadan qeydə alınmayan qol və mərhələ şansının əldən getməsi olacaq.

UEFA-ya ediləcək etiraz ən yaxşı halda baş hakimin cəzalanması ilə nəticələnə bilər. Matçın nəticəsinin ləğvi isə demək olar ki, inandırıcı deyil


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43