Kateqoriyasız

“Qarabağ” Şüvəlandakı qol duellosundan məğlub ayrıldı

“Qarabağ” klubu Premyer Liqada yaranmış fasiləylə əlaqədar AZAL-la yoxlama oyunu keçirib.

Milli oyunlar səbəbindən 10 futbolçunun imkanından məhrum olan komanda Şüvəlandakı “AZAL Arena”da baş tutan görüşdə fərqli heyətlə meydana çıxıb.

Fərhad Vəliyev, Təmkin Xəlilzadə, Namiq Yusifov, Eltun Yaqublu, İlqar Qurbanov, Eltun Turabov, Toğrul Bilallı, Muarem Muarem, Renaldo, Corc Leroy, Kapalonqo.

Göründüyü kimi, Qurban Qurbanov son müdafiəçinin olmamasına görə Namiq Yusifovu müdafiənin mərkəzinə çəkmiş, əvəzində meydanın mərkəzində 16 yaşlı Elton Turabova şans verib.

Oyunun ilk yarısında “Qarabağ” 2 dəfə qola yaxın olsa da, ev sahibləri şanslarından maksimum yararlanıb. Cavid Tağıyev və Viktor İbekoyi komandasını fasiləyə üstün yollanacaq qollara imza atıblar.

İkinci yarı başlar-başlamaz AZAL Ağayevlə 3cü qolu vursa da, “Qarabağ” Reynadlo və Kapolonqonun vurduğu qollarla hesab arsındakı fərqi minimuma endirib. Bundan sonra oyunda başqa qol vurulmayıb.

Qeyd edək ki, görüşün 2-ci yarısında Qurban müəllim bir neçə gənc futbolçuya meydana çıxma şansı verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43