UEFA KOnfrans Liqasınən qrup mərhələsinin 3-cü turunda “Qarabağ” doğma azarkeşləri önündə Qazaxıstan “Kayrat”ını qonaq edəcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq klub da matçın keçiriləcəyi arenanı rəsmən açıqlayıb. Öncədən də bildirdiyimiz kimi, 21 oktyabr saat 20:45-də başlayacaq görüş Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” qrupun ik ev oyunu – “Bazel”lə matçı Bakı Olimpiya stadionunda keçirmişdi.