Kateqoriyasız

“Qarabağ” testin nəticələrini açıqladı

“Qarabağ”da idari, məşqçi və futbolçu heyəti başda olmaqla bütün personallardan götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

İdmanxeber.az Ağdam təmsilçisin rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, bütün testlər mənfi çıxıb və onlarda virus aşkarlanmayıb.

Qeyd edək ki, “Qarabağ” mayın 15-i koronavirus testindən keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43