Kateqoriyasız

“Qarabağ” transfer edəcək dedilər, İngiltərə klubuna keçdi

İngiltərənin “Norviç” klubu yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi adı bir müddət əvvəl “Qarabağ”la yanaşə çəkilən “Düdelanj”ın yarımmüdafiəçisi Danel Sinani heyətinə qatıb. Onunla 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. Lüksemburqlu futbolçu bu mövsüm başa çatdıqdan sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Sinani bu mövsüm 16 matçda 14 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43