“Qarabağ” klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, türkiyəli mütəxəssisin “köhlən atlar”la müqavilə müddəti başa çatıb.
Doğanla sözləşməni uzatmayan “Qarabağ” ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.