Dünya futbolu

“Qarabağ” Türkiyə Super Liqasında çempion olar” – Ertem Şener

Türkiyənin tanınmış şərhçisi Ertem Şener “Qarabağ” – “Qalatasaray” matçı barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, Şener dünənki oyunda Ağdam təmsilçisinin daha üstün çıxış etdiyini bildirib. O, “Qarabağ”ın Türkiyənin böyük klublarından güclü olduğunu da sözlərinə əlavə edib:

“Qarabağ” Türkiyə Super Liqasında çempion olar. Onların sistemi var. Mərkəzdən “açar” ötürmələrini, müdafiəsinin arxsına əla çıxışlarını görürük. Hətta bəzən ötürmələrlə Lukas Toreyranı, Berkanı çarəsiz qoyurdular. Abdullah Zubir kimi cəld və texnikalı futbolçuları var.

Onun müdafiəçilərin yanından necə keçdiyini, driblinq etdiyinə fkir verin. “Qarabağ” kimi sistemi olan komandalarda belə futbolçular çox önəmlidir. Dünən də “Qalatasaray”dan yaxşı oynadılar, onlardan güclü komandadırlar.

“Qarabağ” həmçinin “Fənərbağça”dan, “Beşiktaş”dan, “Trabzonspor”dan da güclüdür. Onun üçün deyirəm bu komanda Türkiyə Super Liqasında çempion olar”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43