Kateqoriyasız

“Qarabağ” – “Tvente” matçı öncəsi keçiriləcək mətbuat konfransının vaxtı müəyyənləşdi

Avroliqanın play-off mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` – `Tvente` oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşmişdir.

İdmanxeber.com-un məlumatına görə, avqustun 20-də 19:00-da `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.`Tvente`nin baş məşqçisi Alfred Şreyder isə 21:00-da mətbuat konfransına çıxacaq.

Qeyd edək ki, `Qarabağ` – `Tvente` oyunu Avqustun 21-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43