29 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” – “Tvente” matçına bilet qalmadı

Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" – "Tvente" oyununa bilet satışı davam edir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna artıq 20 min bilet satılıb. Matç saatına kimi bütün biletlərin satılacağı gözlənilir.

Qeyd edək ki, kassalarda bilet demək olar tükənib. Ancaq satışda VİP biletlər qalıb. "Qara bazar"da isə hər qiymətə bilet tapmaq olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43