Kateqoriyasız

“Qarabağ” üçün əlamətdar oyun

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün ikiqat yubileylə əlamətdar olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, erkən qolla hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topuna imza atıb. Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub. Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

3:0 hesabı ilə qalib gələn “Qarabağ” qapısını toxunulmaz saxlayıb. Ağdam klubu ölkə kubokunda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tək edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43