İdman

“Qarabağ” üçün bəd xəbər

Avropa Liqasında “SLovan”la qarşılaşacaq “Qarabağ”da Bədavi Hüseynovun zədəsi hələ də davam edir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun aparıcı üzvünün çexlərlə matçda meydana çıxması gözlənilmir. 

Bu barədə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 4-cü turunda AZAL-la oyundan (6:0) sonra keçirilən mətbuat konfransında bildirib:

“Yəqin ki, “Slovan”la oyunda çıxış edə bilməyəcək. Oynamamaq ehtimalı çoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43