Kateqoriyasız

“Qarabağ” üçün daha bir ŞOK: “Dudelanj”la oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının 5-ci turunda dünən “Zirə” ilə matçda zədələnən “Qarabağ”ın futbolçusu Xayme Romero bu gün tibbi müayinədən keçib.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdir ki, 29 yaşlı oyunçu ölkə çempionatında “Sumqayıt” (27 sentyabr) və Avroliqanın qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la (3 oktyabr) görüşləri dəqiq buraxacaq.

Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43