İdman

“Qarabağ” üçün gözəl şans: “Olimpiya” və “Kukesi”ni keç, səpələnmişlər qrupunda yer al!

Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” “Olimpiya” səddini keçib, 2-ci təsnifat mərhələsinə vəsiqə qazansa  o zaman Ağdam klubu 3-cü təsnifat mərhələsində səpələnmişlər səbətində yer alacaq.

İdmanxeber.com-un məlumatına görə, Litvanın “Suduva” klubunun Kipr APOEL-i üzərindəki qələbəsi “Qarabağ”a bu şəraiti yaradıb. Kiprlilərin Avropanın 1 nömrəli klub turniri ilə vidalaşmasından sonra “Qarabağ” 3-cü raundun ən reytinqli 6 komandasından biri olub.

“Qarabağ” “Kukesi”ni keçsə, 3-cü təsnifat mərhələsinin püşkatmasında aşağıdakı səpələnmişlər qrupunda yer alacaq:

 

“Zalsburq” (Avstriya)

“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

“Seltik” (Şotlandiya) – “Alaskert” (Ermənistan) cütünün qalibi – “Valyur” (İslandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi

“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) cütünün qalibi – “Midtulland” (Danimarka)

“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) cütünün qalibi – “Kukesi” (Albaniya)

“Qarabağ”ın rəqibi isə aşağıdakı səpələnməmişlər qrupunda yer alan klublardan biri olacaq:

BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Şerif” (Moldova) – “Torpedo” (Gürcüstan) cütünün qalibi – “Şkendiya” (Makedoniya)

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi

AEK (Yunanıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43