Kateqoriyasız

“Qarabağ” üçün İsveçrədən daha bir şad xəbər

Avropa Liqasının pley-off mərəhləsi çərçivəsində bu gün keçiriləcək “Yanq Boyz” – “Qarabağ” matçında anşlaq olmayacaq.

İdmanxeber.com-un məlumatına görə, “Stad de Suisse” stadionunda keçiriləcək oyun üçün ötən gün cəmi 5 min bilet satılıb.

32 min tamaşaçı tutumuna malik arenanın dolmayacağı dəqiqdi. Yerli azarkeşlər bu matça maraq göstərmirlər.

Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43