Kateqoriyasız

“Qarabağ” üçün növbəti bəd xəbər

“Qarabağ”ın hücumçusu Vüqar Nadirovun zədəsi ciddidi.

İdmanxeber.com-un məlumatına görə, İtaliya “İnter”i ilə Avroliqa matçında zədələnən Ağdam klubunun hücumçusu bugün “Qəbələ” ilə matçı buraxacaq.

Əzələsini dartan Nadirovun qarşıdakı turlarda “Xəzər Lənkəran” və “Sumqayıt”a qarşı keçiriləcək oyunları da buraxacağı dəqiqləşib.

Onun gələn ayın ortalarında məşqlərə başlayacağı bildirilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43