29 Sentyabr 2020
Kateqoriyasız

“Qarabağ” “Molde”yə penaltilərdə uduzdu

“Qarabağ”  Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşün əsas və əlavə vaxtında qapılara qol vurulayıb. Qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq olan norveçlilər mərhələ adlayan tərəf olub.

“Qarabağ” isə Avroliqanın pley-off mərhələsində mübarizəni davam etdirəcək.

16 sentyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) – 0:0 (5:6)
Hakimlər:
 Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
“AEK Arena”

“Molde” 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” İtaliya millisinin sabiq üzvünü transfer edir – “Sky Sports”dan iddia

admin