Kateqoriyasız

“Qarabağ” üçün şad xəbər

Bir müddətdir ki, zədədən əziyyət çəkən Xayme Romeronun durumu normaldı.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun ispan futbolçusu ölkəsində bərpa prosesi keçir. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Klub rəsmisi bildirib ki, fərdi məşqlərə başlayan 29 yaşlı futbolçu ən geci 1 həftə ərzində komandayla məşqlərə qoşulacaq.

Xatırladaq ki, Premyer Liqanın V turunun “Zirə” ilə oyunda Xaymenin çiyni çıxmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43