Kateqoriyasız

“Qarabağ” üçün şad xəbər

Prmyer Liqanın XXIII turu çərçivəsində öz meydanında “Qarabağ”la qarşılaşacaq “İnter” Ağdam klubu ilə oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Bank klubunda iki legioner – Zurab Xizanişvili və Laşa Kasradze fevralın 27-də baş tutacaq oyunu buraxacaqlar. Sözügedən futbolçular zədəli olduğundan “Qarabağ”la oyunda meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, “İnter” – “Qarabağ” matçı saat 18:00-da “İnter Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43