Kateqoriyasız

“Qarabağ” üçün şok itki: “Sevilya” ilə oyunu buraxacaq

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya” ilə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda Mahir Emreli sıradan çıxıb. O, “Neftçi” ilə görüşdə zədə alıb. Zədəsi ciddi olan Mahirin “Sevilya” ilə oyunu buraxacağı dəqiqləşib.

Xatırladaq ki, “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43