Kateqoriyasız

“Qarabağ” – “Ufa” matçının vaxtı bilindi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” sabah daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan çempionunun rəqibi “Ufa” olacaq.

Rusiya klubu ilə görüşün başlama saatı da artıq bəllidi. Belə ki, “Qarabağ”la “Ufa” arasında matç Bakı vaxtı ilə 19:00-da start götürəcək.

Bu, ağdamlıların Avstriyada 3-cü yoxlama görüşü olacaq. Qurban Qurbanovun kollektivi buna qədər “Ludoqorets”ə uduzub (0:2), “Universitatya Krayova” ilə bərabərə (0:0) qalıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyada son yoxlama matçını iyulun 2-də “Viktoriya”ya (Çexiya) qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43