Ölkə futbolu

“Qarabağ” Ukranyadan qayıtdı, “Xəzər Lənkəran” üçün başlayır

“Qarabağ` artıq Bakıdadır.

İdmanxeber.com-un məlumatına görə, Avropa Liqasının III turunda `Denpr`lə qarşılaşan komanda 1:0-lıq tarixi qələbənin ardından dərhal Bakıya qayıdıb. Səhər 8:30-da Bakıya çatan komanda axşam yenidən yığışacaq. Premyerliqanın IX turunda `Xəzər-Lənkəran`la qarşılaşacaq “Qarabağ” dərhal hazırlıqlara başlayacaq. Komanda sabah 1 məşqin ardından növbəti oyununa çıxacaq.

Qeyd edək ki, `Qarabağ`  – `Xəzər-Lənkəran` oyunu Oktyabrın 26-sı saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43