Kateqoriyasız

“Qarabağ” Ultras” adını “Qarabağ” Ordusu” olaraq dəyişdi

“Qarabağ”ın “Qarabağ” Ultras” fan-klub adını dəyişib.

Artıq bu barədə fan-klubun rəsmi səhifəsində də azarkeşlərə məlumat verilib. Həmin mətni sizin nəzərinizə çatdırırıq:

“Qarabağı”mızı fan klub şəklində “Qarabağ” fan klubu” adı altında 2004-ci ildən dəstəkləyirik. Komandamız harada oynamağından asılı olmayaraq fan-klubumuz da həmnin oyunda öz dəstəyini əsirgəməyib. Sonradan istər “Qarabağ”ın, istərsə də digər komandaların, fan-klublarının sayı artıdıqca bu amil bizi də sevindirir.

Məhz bundan sonra, 2012-ci ildə fan-klubumuzun adını dəyişərək “Qarabağ” Ultras” qoyduq. Yeni ad altında “Qarabağ”a az-çox dəstəklədik. Yeni ideyalar, bannerlərlə azarkeşlərin görüşünə gəldiik. Artıq bu ildən yeni adla “Qarabağ”ımızın oyunlarında görünəcəyik.

Beləliklə, “Qarabağ” Ultras” deyil, “Qarabağ” Ordusu azarkeş qrupu” adı altında “Qarabağ”ımıza dəstək olacağıq. Bu adı sçeməyimizə səbəb isə, bu bölgəni təmsil eədn klubun fanatlarının da hər zaman döyüşə hazır olması, vətənpərvərlik ruhunu aşılamaqdı. 

BİZ QARABAĞIN ƏSGƏRLƏRİYİK.

Hörmətlə : Ramiq Quliyev . Qarabağ Ordusu Azarkeş Qrupunun Rəhbəri


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43