25 Yanvar 2020
Ölkə futbolu

“Qarabağ” və Emeqara “fərqlənənlər” sırasında

Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra statistik göstəricilər açıqlanıb. Portuqaliyada “Sportinq”ə uduzan (0:2) “Qarabağ” əksər göstəricilərdə aşağı sıralarda qərarlaşıb.

Turnirdəki yeganə təmsilçimiz qayda pozuntularının sayına görə isə xüsusilə “fərqlənib”. “Süvarilər” AL-in ən intizamsız komandaları sırasında 4-cü yerdə qərarlaşıb. 18 dəfə qayda pozuntusuna yol verən “Qarabağ” yalnız “Spartak” (Trnava, Slovakiya), “Rapid” (Vyana, Avstriya) və “Düdelanj”dan (Lüksemburq) daha yaxşı nəticə göstərib.

Komandanın hücumçusu İnnosent Emeqara da ən çox kobudluq edən futbolçular sırasına düşüb. 5 dəfə qaydalardan kənar oynayan isveçrəli Rəşad Məhəmməd (“Sarpsborq”), Viktor Klasson (“Krasnodar”), Dame Ndoye (“Kopenhagen”) ilə birgə 2-5-ci sıraları bölüşüb. “Sarpsborq”un futbolçusu Kristofer Zakariassen 6 qayda pozuntusu ilə bu göstəricidə “lider” olu

Oxşar xəbərlər

Lənkərandan şad xəbər gəldi

admin

“Qarabağ” “Xəzər Lənkəran”la xalları yarı böldü

admin

AFFA Syomini cəzalandırdı

admin