19 Avqust 2019
Kateqoriyasız

“Qarabağ” və “Neftçi” İtaliya millisinin sabiq üzvünə “elçi” düşdü

Son olaraq Rumıniyanın “Botoşani” klubunun formasını geyinmiş və hazırda azad agent statusuna malik italiyalı futbolçu Dieqo Fabbrini “Neftçi” və “Qarabağ”ın maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, bu haqda İtaliya mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, 28 yaşlı yarımmüdafiəçi ya “Neftçi”yə, ya da “Qarabağ”a transfer oluna bilər.

Qeyd edək ki,  karyerası ərzində “Birmingem, “Udineze” kimi klublarda çıxış edən Fabbrini 12 dəfə İtalliyanın U-21 yığmasına çağırılıb. Son klubu “Botoşani”ədə 19 oyunda 4 qol, 3 məhsuldar ötürmə edən futbolçu bir dəfə də əsas millinin formasını geyinib.

Oxşar xəbərlər

“Qarabağ”ın ÇL-in 3-cü mərhələdəki potensial rəqibi bilindi

admin

“Sportinq”in futbolçusu: “Rəqiblərə adlarıyla qiymət vermək olmaz”

admin

Ramil Şeydayev “Krılya Sovetov”da qalır?

admin