Azərbaycan birinci divizionunda 18-ci tura start verilib.
İlk oyun günündə üç görüş keçirilib.
Lider “Səbail-2” səfərdə “Zaqatala”ya məğlub olub. “Sabah”la “Neftçi”nin əvəzedicilərinin duelində qalib müəyyənləşməyib. “Qarabağ”ın əvəzediciləri isə “Qaradağ Lökbatan” üzərində qələbəyə sevinib.
5 mart
“Zaqatala” – “Səbail-2” – 2:0
Qol: İbrahim Qədirzadə, 45. Ramin Əhmədov, 77.
“Sabah-2” – “Neftçi”-2 1:1
Qol: Zahid Mərdanov, 45+3-pen – Hüseyn Hüseynzadə, 74.
“Qarabağ-2” – “Qaradağ Lökbatan” – 2:0
Qol: Cavid Bayramov, 31. Elvin Talıbov, 63.
Bu nəticələrdən sonra “Səbail-2” 35 xalla liderdir. “Turan Tovuz” 34 xalla 2-ci, “Sabah-2” 32 xalla 3-cüdür.