Ölkə futbolu

“Qarabağ” və “Qəbələ” avrokuboklardakı matçları hansı stadionlarda keçirəcəklər?

Ölkəmizi avrokuboklarda təmsil edəcək “Qarabağ” və “Qəbələ” klubları ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, daha doğrusu “Qəbələ” ilk mərhələdə ev oyunları üçün Qəbələ şəhər stadionunu sifariş edib. Komanda ilk iki təsnifat  mərhələsinin ev oyunlarını Qəbələ şəhər stadionda keçirə bilər. Ancaq “qırmızı-qaralar” növbəti mərhələyə yüksəlsə, rəqibini T.Bəhramov adına stadionda qəbul edəcək. Buna səbəb Qəbələ şəhər stadionun Avropa standartlarına tam cavab verməməsidir.

“Qarabağ” isə ev oyunlarını Respublika stadionunda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43