Ölkə futbolu

“Qarabağ” və “Qəbələ” cərimələndi, “Zirə”nin futbolçusuna 4 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Qarabağ” – “Qəbələ” matçı başa çatdıqdan sonra hər iki komandanın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün hər iki klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 25-ci turunun “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Sənan Əbilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

Əvəzedici heyətlərin 25-ci turunun “Qarabağ” – “Qəbələ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Əvəzedici heyətlərin 25-ci turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Əvəzedici heyətlərin 25-ci turunun “Zirə” – “İnter” matçının 69-cu dəqiqəsində “Zirə”nin futbolçusu Vüsal İskəndərli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43