İdman

“Qarabağ” və “Qəbələ” qalib gəldi

Bu gün Topaz Premyer Liqada 12-ci tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə keçirilməsi planlaşdırılan 2 görüşdən biri başa çatıb.
 “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Roman Qriqorçukun komandası Flip Ozobiçin yeganə qolu ilə qələbə qazanıb və zirvədəki yerini qoruyub.

 “Qarabağ” isə “Kəpəz”i qəbul edəcək. Ağdam təmsilçisi bu matçın da  favoritidir.

Turun digər iki oyunu isə sabah keçiriləcək.

19 noyabr

15:00.“Qəbələ” – “Zirə” – 1:0

Qol: Filip Ozobiç, 52

Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

Qəbələ şəhər stadionu

18:00.“Qarabağ” – “Kəpəz” 1:0

Qol: Dino Ndlovu, 17

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev

“Azersun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43