Kateqoriyasız

“Qarabağ” və “Qəbələ” qalib gəldi

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən yarışın VIII turunda daha iki oyun baş tutub.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” səfərdə “Neftçi”yə 1:0, “Qarabağ” isə evdə “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib.

16 oktyabr

“Neftçi” – “Qəbələ” – 0:1
Qol:
 Ehtiram Şahverdiyev, 18 (0:1)

“Qarabağ” – “Zirə” – 2:1
Qollar:
 Ruslan Cəfərov, 13-avtoqol (1:0), Nicat Abbasov, 53 (2:0), Mirkamil Həşimli, 81 (2:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43