Ölkə futbolu

“Qarabağ” və “Sumqayıt” qalib gəldi, “Zirə” Avroliqada (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasındada mövsümün son turunun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçiriləcək matçlardan sonra Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olacaq.

“Zirə” bu gün avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər bilər. Bunun üçün Ayxan Abbasovun komandası səfərdə autsayder AZAL-a uduzmamalıdır.

“Kəpəz”in də Avroliqaya vəsiqə qazanmaq şansı qalır. Ancaq Şahin Diniyevin komandası bu vəsiqəni qazanmaq üçün “Zirə”nin məğlubiyyətinə ümid etməklə yanaşı, həm də Gəncədə qəbul edəcəyi “İnter”ə böyük hesabla qalib gəlməlidir.

16:00 “Kəpəz” – “İnter” 1:0

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

16:00 “Sumqayıt” – “Qəbələ” 2:1

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

“Kapital Bank Arena”

16:00 AZAL – “Zirə” 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“AZAL Arena”

17:00 “Neftçi” – “Qarabağ”  0:2

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

“Bakcell Arena”

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43