Kateqoriyasız

“Qarabağ” – “Viktoriya” oyununa bilet axtaranların nəzərinə!

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Viktoriya” oyunu üçün satışa çıxarılan biletlər tükənmək üzrədir.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, cəmi 224 bilet qalıb.

30, 31, 37 və 38-ci sektorlara qalan son biletləri “iticket.az”, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında, “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopunda, eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərindəki satış məntəqələrindən almaq mümkündür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43