Kateqoriyasız

“Qarabağ” – “Vilyarreal” oyununun hakimləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın baş hakimi Çexiya Futbol Federasiyasından  Pavel Orel olacaq. Ona Petr Blazej və Jiri Kriz köməklik edəcək. Dördüncü hakim funksiyasını Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiugovadır.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43