Dünya futbolu

“Qarabağ” – “Vorskla” oyununa nə qədər bilet satılıb ?

Avroliqanın III mərhələsinə start verilir.

Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” doğma meydanda “Vorskla”nı qəbul edəcək. Klubdan saytımıza verilən məlumata görə, qarşılaşmaya  15 min bilet satılıb. Oyun gününə qədər bu rəqəmin daha da artacağı gözlənilir.

Digər tərəfdən uzun müddətdir zədə səbəbindən meydanlardan uzaq qalan Dani Kintananın adı bu oyunda iştirak ərzisəsində olması gözlənilir. Futbolçunun adı Premyer Liqamızın son turunda “Qarabağ”ın “Səbail”ə qarşı keçirdiyi oyunda 23 nəfərlik iştirak ərzisəsində olsa da, oyunçu meyadana daxil olmamışdı.

Qeyd edək ki, “Qarabağ” – “Vorskla” görüşü oktyabrın 25-i, saat 20:55-də BOS-da oynanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43