Ölkə futbolu

“Qarabağ” – “Xəzər Lənkəran”: Bu dəfə kim önə keçəcək?

Premyer Liqanın 3-cü turunun mərkəzi oyununda “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq. 

Ötən mövsümün yekunlarına əsasən hər iki klub Avropa Liqasına vəsiqə qazanmışdı.

 “Xəzər Lənkəran” 2-ci mərhələdə mübarizəni dayandırsa da, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində düşmək üçün mübarizəni davam etdirir. Komandalar arasında keçirilən oyunların balansına nəzər saldıqda hər iki komandanın 10 dəfə qələbə qazandığını və dörd oyunun heç-heçə ilə başa çatdığını görmək olar. 

13.12.2004 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 3:1 

15.05.2005 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 3:0 

02.10.2005 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 2:1 

01.04.2006 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 2:0 

09.11.2006 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 2:0 

07.05.2007 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 1:4 

26.08.2007 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 2:0 

02.03.2008 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 2:0 

22.11.2008 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 1:3 

09.05.2009 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 1:0 

30.10.2009 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 1:0 

13.02.2010 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 0:0 

03.04.2010 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 2:1 

09.05.2010 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 2:1 

30.10.2010 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 0:1 

23.12.2010 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 1:2 

10.04.2011 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 0:0 

07.05.2011 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 1:1 

17.09.2011 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 0:1 

10.12.2011 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 0:0 

11.03.2012 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 1:0 

11.05.2012 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 4:1 

27.10.2012 Xəzər Lənkəran – Qarabağ (Ağdam) 2:0 

20.12.2012 Qarabağ (Ağdam) – Xəzər Lənkəran 1:0 

Qeyd edək ki, son dörd qarşılaşmada səfər komandası xal qazana bilmir. “Qarabağ” cari çempionatda hamıdan çox – 7 qol vurub. Bu qollardan beşi braziliyalı Marinaldo da Silva (3 qol) və Reynaldo Silvanın (2 qol) aktivindədir. “Xəzər Lənkəran” ilk iki oyunda məğlub olmasa da, qələbə qazana bilməyib. Hər iki qarşılaşmada heç-heçə edən cənublular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qeyd edək ki, “Xəzər Lənkəran” “Qarabağ”la oyunda yeni transfer Etame Mbillanın xidmətindən yararlana biləcək. 25 yaşlı kamerunlu hücumçu Türkiyənin “Adanaspor” klubundan transfer olunub və keçmiş komandasının heyətində keçirdiyi 122 oyunda 61 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43