Kateqoriyasız

“Qarabağ” – “Xəzər Lənkəran oyunundan sonra aləm-bir-birinə dəydi: bıçaqlanan var

Bu gün "Bakcell Arena"da keçirilən "Qarabağ"- "Xəzər Lənkəran" oyuinundan sonra qalmaqal düşüb.

İdmanxeber.com-un məlumatına görə, hələ ilk hissədən sonra tərəflər arasında mübahisə olub. Lakin polislər aranı şakitləşdirməyə müvəffəq ola biliblər. Buna baxmayaraq oyundan sonra hər iki klubun azarkeşləri stadionun kənarında toqquşublar. 

Məsələyə müdaxilə etmək üçün 3 polis maşını sözügedən əraziyə gəlib. 

Hətta lənkəranlı fanatlardan əldə etdiyimiz məlumata görə,oyundan sonra "Qarabağ" azarkeşi "Xəzər Lənkəran" fanatını bıçaqlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43