Premyer Liqa

“Qarabağ”, “Xəzər Lənkəran” və “Neftçi” uduzdu (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında XXXV turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq.

Çempionluğunu rəsmiləşdirən "Qarabağ" son oyununa çıxacaq. Ağdam klubu "İnter Arena"da "İnter"in qonağı olacaq. 

Üçüncü olmaq üçün mübarizə aparan "Neftçi" bu tur səfərdə “Bakı” ilə qarşılaşacaq. AZAL isə Şüvəlanda “Simurq”la üz-üzə gələcək. 

Azərbaycan Premyer Liqası

35-ci tur

22 may (cümə)

18:00. “Sumqayıt” – “Xəzər Lənkəran” 2:0

Qollar: Məhəmməd Qurbanov, 13, Tofiq Mikayılov, 28

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov.

Sumqayıt. “Kapital Bank Arena”.

18:00. “Bakı” – “Neftçi” 0:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

19:00. AZAL – “Simurq” 5:0

Qollar:  Freddi Mombonqo 18, 39, 42, 80; Rəşad Abdullayev 56
Qırmızı Vərəqə: 21' Amil Ağacanov 
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.

Bakı. “AZAL Arena”.

20:00. “İnter” – “Qarabağ” 2:1

Qollar: Əfran İsmayılov 19Leroy Corc 30, Arif Daşdəmirov
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev.

Bakı. “İnter Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43